Advert
Advert

Norveç köhnə qaz yataqlarını bərpa edir

Tarix:
Norveç köhnə qaz yataqlarını bərpa edir
Reklam

Norveç hökuməti 1998-ci ildən istismara bağlı olan üç böyük qaz yatağında hasilata yenidən başlamaq qərarı verib. 

Reyting.az-ın məlumatına görə, Baş nazir Yonas Qar Store bildirib ki, bununla bağlı "Albuskjell", "Vest Ekofisk" və "Tommeliten Gamma" yataqlarına dövlət 19 milyard kron investisiya ayıracaq. 

Yataqlarda qaz istehsalına 2028-ci ildə başlamağı planlaşdırırlar. Qazın Almaniyaya, kondensatın isə müqaviləyə əsasən, Böyük Britaniyaya ixracı nəzərdə tutulur.

Norveç hökuməti eyni zamanda, dənizdə 70 yeni kəşfiyyat sahəsini tenderə çıxarıb. Qərar enerji sabitliyi ilə əsaslandırılsa da, ekoloqlar tərəfindən sərt tənqidlərə məruz qalıb.

Oqtay Qorçu
 

Reklam