Hollivud rejissoru Kristofer Nolanın lentə aldığı, baş rolda məşhur kino aktyoru Mett Deymonun çəkildiyi "Odisseya" adlı film "R" reytinqinə layiq görülüb.
Reyting.az xəbər verir ki, bu barədə "Variety" nəşri yazıb.
Nolanın bu filminə ABŞ-da böyüklər üçün nəzərdə tutulan "R" reytinqinin verilməsi çoxları tərəfindən təəccüblə qarşılanıb. Məlumata görə, bunun səbəbi açıqlanmasa da, filmdə zorakılıq səhnələrinin daha çox olduğu ehtimal edilir.
İnsayderlər "Variety" nəşrinə deyiblər ki, demək olar, 300 milyon dollarlıq büdcəyə malik olan bu ekran əsəri eyni zamanda Hollivudun kino tarixində ən bahalı "R" reytinqli filmlər sırasına düşə biləcək.
"Odisseya" filminin müəllifi kimi rejissor Kristofer Nolan üçün bu xəbər qeyri-adi qərar olub ki, bunun da əsas səbəbi onun əvvəlki blokbasterlərinin ancaq "PG-13" reytinqi alması ilə bağlıdır.
Oqtay Qorçu