Advert
Advert

Okeanlar Günü fotomüsabiqəsinin qalibləri bəlli olub - Fotolar

Tarix:
Okeanlar Günü fotomüsabiqəsinin qalibləri bəlli olub - Fotolar
Reklam

Birləşmiş Millətlər Təşkilatı tərəfindən qeyd edilən Dünya Okeanlar Gününə həsr olunmuş 13-cü illik beynəlxalq fotomüsabiqəsində iştirak edən qaliblər məlum olub. İyunun 9-da keçirilən təqdimatdan sonra mükafatlandırılan fotoqrafların əsərləri BMT-nin Nyu-Yorkda yerləşən qərargahında nümayiş etdirlib.

Reyting.az xəbər verir ki, müsabiqədə qaliblər dörd nominasiya üzrə müəyyənləşdirilib. 

Nominasiyalar aşağıdakılardır:

"Okeanlar birləşdirir", 

"Sualtı aləmin böyük və kiçik simaları", 

"Sualtı dəniz mənzərələri" 

"Dənizüstü mənzərələr".

Baş mükafatlara italiyalı fotoqraf Valentina Kukkyara, Böyük Britaniyadan olan Kauşiik Subramaniam, Dominikan Respublikasının vətəndaşı İsabela Koll və amerikalı Bryus Sudviks layiq görülüblər.

Təşkilatçılar bildiriblər ki, qalib fotoların hər biri okeanların möhtəşəm, sirli gözəlliyini nümayiş etdirməklə yanaşı, həm də onların qorunmasının vacibliyinə diqqəti yönəldir.

Dünya Okeanlar Günü hər il 8 iyunda qeyd olunur, həmçinin okeanların Yer kürəsində həyat üçün böyük əhəmiyyətinin olduğunu xatırlatmağı hədəfləyir.

Oqtay Qorçu
 

Reklam