Advert
Advert

Ölkələr üzrə muzeylərin reytinqi açıqlanıb 

Tarix:
 Ölkələr üzrə muzeylərin reytinqi açıqlanıb 
Reklam

BMT-nin təhsil, elm və mədəniyyət üzrə beynəlxalq qurumu UNESCO ölkələr üzrə muzeylərin sayı ilə bağlı yeni infoqrafika hazırlayıb. 

Reyting.az xəbər verir ki, muzeylərin sayına görə lider ölkə Amerika Birləşmiş Ştatlarıdır. ABŞ-da 33 mindən çox muzey fəaliyyət göstərir.

İlk üçlükdə Almaniya və Yaponiya da yer alıblar. Bu il üçün təqdim olunan siyahıya görə, Almaniya ərazisində 6741, Yaponiyada isə 5738 muzey var.

Reytinq siyahısında növbəti yerləri Çin və Rusiya tutur. UNESCO-nun hesablamalarına əsasən, hazırda Çində 5535 muzey, Rusiyada isə 5415 muzey fəaliyyət göstərir. 

Siyahının ilk onluğuna düşən ölkələr arasında Fransa, Braziliya, İtaliya, Böyük Britaniya və Kanadadır.  

Ölkədə adambaşına düşən muzeylər sayına görə isə lider dövlət İsveç sayılır. Bu ölkədə əhali sayı artıq 10,6 milyon nəfərə çatıb. Bu isə o deməkdir ki, İsveçin ərazisində 1600 muzey fəaliyyət göstərdiyi halda, hər 1 milyon nəfərə təxminən 151 muzey düşür.

Oqtay Qorçu

Reklam