Patent reytinqində dəyişikliklər baş verib. Yeni təqdim edilmiş infoqrafikada qeyd edilib ki, artıq Monako və Lüksemburq adambaşı düşən patentlərin sayına görə ölkələr arasında liderdir. Mütəxəssislər bildiriblər ki, bu, daha çox həmin ölkələrin qeydiyyat mərkəzi olmaları ilə bağlıdır.
Reyting.az xəbər verir ki, böyük iqtisadiyyatları olan ölkələr arasında Cənubi Koreya önə çıxıb. Yeni iqtisadi proqnozlara əsasən, ABŞ və Çinin daha aşağı göstəricilərə malik olması çox tezliklə Cənubi Koreyanı bu sahədə əvəzedilməz liderə çevirəcək.
Mütəxəssislər qeyd ediblər ki, ümumilikdə, patentlər çox vaxt yaradıldığı ərazidə deyil, normal vergi qanunlarının işlək olduğu və hüquqi baxımdan daha əlverişli ölkələrdə qeydiyyata alınır.
Oqtay QORÇU