Advert
Advert

Ölkələrin su sərfiyyatı araşdırılıb

Tarix:
Ölkələrin su sərfiyyatı araşdırılıb
Reklam

2026-cı ilin statistikası göstərir ki, ölkələr arasında adambaşına düşən su istehlakına görə ilk yerdə Türkmənistan Respublikasıdır. 

Reyting.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının məlumatına əsasən, Türkmənistanda hər nəfərə ildə 3631 kubmetr su düşür. Bu da əsasən pambıqçılıq üçün qurulan iri suvarma sistemləri ilə bağlıdır.

Reytinq siyahısında ikinci yerdə qərarlaşan dövlət Monteneqrodur. Mütəxəssislər bunu ölkə əhalisinin az olması və böyük su təsərrüfatı layihələri ilə izah ediblər.

Təqdim edilmiş yeni infoqrafikada xüsusi vurğulanıb ki, dünyadakı şirin suyun 70 faizi kənd təsərrüfatında istifadə olunur. İlk 15-likdə olan ölkələr arasında Azərbaycan, Qazaxıstan, Özbəkistan, İran, Qırğızıstan və Tacikistan da var. 

ABŞ, Kanada və Estoniya kimi ölkələrdə yüksək su sərfiyyatı əsasən sənaye müəssisələrində istifadə edilməklə yanaşı, elektrik stansiyalarının soyudulması prosesləri ilə də əlaqələndirilir.

Oqtay Qorçu

Reklam