Advert
Advert

On səkkiz ölkə Rusiya ilə sərhəddə hərbi qüvvə göndərib

Tarix:
On səkkiz ölkə Rusiya ilə sərhəddə hərbi qüvvə göndərib
Reklam

Rusiya ilə həmsərhəd Estoniya ərazisində ilin ən böyük hərbi təlimi olan “Yaz Fırtınası 2026” başlayıb.

Reyting.az xəbər verir ki, Estoniya Müdafiə Qüvvələrinin Baş Qərargahı təlimin bu gün başladığını elan edib.

“Yaz Fırtınası 2026”nın məqsədi Estoniya diviziyası və müttəfiqləri arasında əməkdaşlıq çərçivəsində ənənəvi müharibədə müdafiə əməliyyatlarının planlaşdırılması və icrasını təcrübədən keçirməkdir.

Bildirilir ki, silahlı qüvvələrin digər qolları və komandanlıqlarının iştirakı ilə Estoniya və müttəfiq ölkələrin bölmələri arasında əməkdaşlıq təkmilləşdiriləcək. Manevrləri həyata keçirən əsas bölmələr 2-ci Piyada Briqadası və Kaitseliit (Müdafiə Liqası) Cənub Quru Müdafiə Dairəsi olacaq.

Təlimlər müxtəlif intensivlikli bir neçə mərhələdə 1 iyun tarixinə qədər davam edəcək. Mayın 4-dən 9-dək giriş mərhələsinə diviziya komanda məntəqəsi təlimləri daxil olacaq. Daha sonra mayın 10-dan 22-dək Estoniya boyunca bölmələrin koordinasiyası, ardınca isə əsasən cənub-şərqi Estoniya və Latviyanın şimal-şərqində simulyasiya döyüşləri keçiriləcək. Mayın 23-dən iyunun 1-dək olan son mərhələdə isə Müdafiə Qüvvələrinin mərkəzi təlim poliqonunda döyüş atışları nəzərdə tutulur.

Ən yüksək həddə çatan təlimlərdə Estoniya, ABŞ, İspaniya, Kanada, Litva, Latviya, Hollandiya, Polşa, Portuqaliya, Fransa, İsveç, Rumıniya, Almaniya, Finlandiya, Danimarka, Çexiya, Ukrayna və Birləşmiş Krallıqdan 12 minə qədər hərbçi iştirak edəcək.

Y. Qacar
 

Reklam