Dubay şəhərində "Wasl Tower" adlanan və qeyri-adi dizayna malik olan yeni göydələn inşa edilib. Hündürlüyü 302 metr olan bina əyri forması və minlərlə keramik "üzgəc"lə örtülmüş fasadı ilə diqqət çəkir.
Reyting.az xəbər verir ki, "New Atlas" nəşrinin yazdığına görə, yeni terrakota rəngli "pulcuqlu" əyri göydələn özü-özünü soyudur.

Bildirilir ki, göydələnin daxilində, eyni zamanda xaricində olan elementlər günəş şüalarını azaltmaqla, binanı tamamilə təbii şəkildə soyutmağa kömək edir.
Yeni layihənin icrasını "UNStudio" şirkətinin iştirakı ilə tanınmış mühəndis Verner Sobekin həyata keçirib. Bina Birləşmiş Ərəb Əmirliklərində ucaldılan və dünyanın ən hündür göydələni rekorduna sahiblənmiş "Burc-Xəlifə" qülləsinin yaxınlığında yerləşir.
Yeni göydələnlə bağlı məlumatda qeyd olunur ki, "Wasl Tower" binası böyük imkanlara sahib olacaq. Bu hündür qüllənin daxilində otel, ofislər, mənzillər, restoranlar, spa salonları və müxtəlif tədbirlər üçün nəzərdə tutulan məkanlar fəaliyyət göstərəcək.
Terrakota fasadı küləyi yönləndirir, üstəlik, istiliyi azaldır, kondisioner sisteminə düşən yükü təxminən 10 faizədək aşağı salır.

Mütəxəssislərin fikrincə, qeyri-adi görünüşə malik olan bu binanın keramik panelləri xüsusi metal örtükləri sayəsində günün vaxtına görə, öz rəng çalarını dəyişir ki, bu da yeni göydələni daha bənzərsiz göstərir.

Oqtay Qorçu