Pakistan ABŞ Prezidenti Donald Trampın İsrail ilə münasibətlərin normallaşdırılmasını nəzərdə tutan İbrahim Sazişlərinə qoşulmaq təklifini rədd edib.
Reyting.az xəbər verir ki, bu barədə məlumatı “Reuters” yayıb.
Bildirlir ki, Tramp İranla münaqişədə atəşkəsə nail olmaq səyləri fonunda Səudiyyə Ərəbistanı, Qətər, Pakistan, Türkiyə, Misir və İordaniya da daxil olmaqla, bir neçə ölkəni sazişlərə qoşulmağa çağırıb. Lakin Pakistan təşəbbüsü açıq şəkildə rədd edən yeganə ölkə olub. Qalan dövlətlər hələ rəsmi cavab verməyib.
Məlumata görə, ictimai rəy və Qəzza zolağındakı vəziyyət nəzərə alınmaqla onların razılığa gəlmə ehtimalı aşağıdır.
Agentliyin istinad etdiyi mənbə bildirib:
“Pakistan bu cür tələbləri yerinə yetirməyə borclu deyil”.
E. Kamal