Pakistanın Lahor şəhərində təhsil mərkəzinin damının uçması nəticəsində 14 uşaq həlak olub.
Reyting.az xəbər verir ki, bu barədə yerli "Ary News" telekanalı məlumat yayıb.
Mərhumların ən kiçiyi beş, ən böyüyü isə 16 yaşında idi.
Məlumata görə, uçqun zamanı mərkəzdə təxminən 35 uşaq olub; dağıntılar altından artıq 20 uşaq və bir müəllim çıxarılıb.
12 uşaq xəstəxanaya yerləşdirilib. Səhiyyə Nazirliyinin sözçüsü Faruk Əhmədin sözlərinə görə, onların vəziyyəti ağırdır.
Polis təlim mərkəzinə sahib olan iki qardaşı həbs edib. Səhlənkarlıq işi ilə bağlı ümumilikdə beş nəfər həbs olunub və qalan ortaq sahibin axtarışı davam edir.
İlkin məlumatlara görə, çökmə birmərtəbəli binanın damında aparılan tikinti işləri nəticəsində baş vermiş ola bilər - ona torpaq və digər materiallar əlavə edilərək konstruksiyaya düşən yükü artırılıb.
V. Quliyev