Advert
Advert

Paşinyan Astanadakı sammitdə iştirak etməyəcək 

Tarix:
Paşinyan Astanadakı sammitdə iştirak etməyəcək 
Reklam

Ermənistan Avrasiya İqtisadi İttifaqının sammitinə qatılmır, amma İttifaqı tərk etmək niyyəti də yoxdur.

Reyting.az xəbər verir ki, bu barədə “Sputnik Kazaxstan” məlumat yayıb. 

Deyilir ki, mayın 28-29-da Astanada Ali Avrasiya İqtisadi Şurasının sammitində Ermənistanın Baş naziri Nikol Paşinyan iştirak etməyəcək. 

Agentlik rəsmi İrəvanın artıq bu barədə Qazaxıstan Prezidenti Tokayevə məlumat verdiyini açıqlayıb.

İqtidarda olan “Mülki müqavilə” partiyasından baş nazirliyə namizəd Nikol Paşinyan xatırladıb ki, o, Rusiya Prezidenti Vladimir Putinə də seçki kampaniyası ilə əlaqədar mayın 9-da Moskvada keçiriləcək paradda iştirak edə bilməyəcəyi barədə məlumat vermişdi.

E. Kamal
 

Reklam