Advert
Advert

Paşinyan: Yerevan İsrail hökumətinin "erməni soyqırımı"nı tanımasına cavab verməyəcək

Tarix:
Paşinyan: Yerevan İsrail hökumətinin
Reklam

Ermənistanın Baş naziri Nikol Paşinyan İsrail hökumətinin 1915-ci ildə Osmanlı Türkiyəsində qondarma “erməni soyqırımı”nı tanımasına cavab verməyi yersiz hesab edir.

Reyting.az-ın məlumatına görə, Paşinyan jurnalistlərə deyib ki, İsrail hökumətinin qərarına cavab verməyə ehtiyac görmürlər.

Paşinyan deyib ki, hazırda bu məsələyə reaksiya vermək Ermənistanın maraqlarına uyğun deyil və buna görə də cavab verməyə ehtiyac yoxdur.

Qeyd edək ki, ötən bazar günü İsrail hökuməti saxta “erməni soyqırımı”nı rəsmi olaraq tanımaq üçün səs verib. Xarici işlər naziri Gideon Saar müvafiq qətnaməni kabinetə təqdim edib. Hökumətin qərarından sonra qətnamə baxılması üçün Knessetə təqdim ediləcək.

E. Kamal
 

Reklam