Ermənistan enerji texnologiyalarının inkişafı üçün Rusiya ilə sıx əməkdaşlıq edir və yeni atom elektrik stansiyasının (AES) tikintisi müzakirə olunur.
Reyting.az xəbər verir ki, bunu Ermənistanın baş nazir Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşündə bildirib.
"Hazırda Rusiya tərəfi ilə enerji sektorunda yeni texnologiyaların inkişafı üçün çox sıx əməkdaşlıq edirik. Bilirsiniz ki, biz Rusiya Federasiyası ilə yeni atom elektrik stansiyasının tikintisini də müzakirə edirik. Lakin biz bu məsələlərdə tamamilə şəffafıq və ən sərfəli təklifi axtardığımız üçün onları təkcə rus tərəfdaşları ilə deyil, həm də digər tərəfdaşlarla müzakirə etdiyimizi gizlətmirik", - deyə baş nazir əlavə edib.
V. Quliyev