Advert
Advert

"Paysis"in elektron pul təşkilatının lisenziyası ləğv olunub

Tarix:
Reklam

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "Paysis" MMC-yə verilmiş 11 iyul 2024-cü il tarixli elektron pul təşkilatı lisenziyası ləğv edilib.

Reting.az xəbər verir ki, bu qərar "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanunun 54.1.1-ci maddəsinə əsasən qəbul olunub.

Xatırladaq ki, "Paysis" bundan əvvəl qumar oyunları təşkil etməkdə ittiham olunub və AMB ötən ilin dekabr ayında onun fəaliyyətini dayandırıb.

Reklam