Advert
Advert

Pekin: İran münaqişəsində qalib olmayacaq!

Tarix:
Pekin: İran münaqişəsində qalib olmayacaq!
Reklam

“İran ətrafında davam edən silahlı münaqişədə qalib tərəf ola bilməz”.
 
Reyting.az xəbər verir ki, bu sözləri Çinin Moskvadakı səfiri Çjan Xanhui TASS agentliyinə müsahibəsində deyib. 

Diplomat xatırladıb ki, Pekin və İslamabad döyüşlərə son qoymaq üçün birgə beş bəndlik plan hazırlayıb. Bunlara dərhal atəşkəs, sülh danışıqlarının başlanması, mülki infrastrukturun və naviqasiyanın qorunması daxildir.

Səfirin sözlərinə görə, bu təkliflər artıq gərginliyin azaldılması prosesinə əhəmiyyətli təkan verib. 

Çjan Xanhui Pekinin dinc yanaşı yaşamaqda, dövlətlərin suverenliyinə və beynəlxalq hüququn aliliyinə hörmətdə təkid etdiyini vurğulayıb.

Y. Qacar
 

Reklam