Rəsmi Pekin Amerikanın Tayvana mümkün silah satışı ilə bağlı ardıcıl və birmənalı mövqeyini qoruyur.
Reyting.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Çin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsünə istinadla məlumat yayıb.
XİN sözçüsü bunu brifinqdə ABŞ Prezidenti Donald Trampın Çinə səfərindən sonra yaranmış vəziyyəti şərh edərkən deyib.
Çinli diplomat onu da nəzərə çatdırıb ki, ölkənin Müdafiə Nazirliyi bu məsələ ilə bağlı daha ətraflı arqumentlər gətirə bilər.
Xatırladaq ki, Pekin əvvəllər də adaya silah satışının qəbuledilməzliyini dəfələrlə vurğulayıb.
E. Kamal