Advert
Advert

Pentaqon İranla mümkün müharibə üçün əlavə 80 milyard dollar istəyir

Tarix:
Pentaqon İranla mümkün müharibə üçün əlavə 80 milyard dollar istəyir
Reklam

ABŞ Müdafiə Nazirliyi maliyyə çatışmazlığı ilə bağlı narahatlığını ifadə edir və əlavə maliyyələşdirmə üçün 80 milyard dollar tələb edir.

Reyting.az “The Wall Street Journal”a (WSJ) istinadla bildirir ki, ABŞ müdafiə nazirinin müavini Stiven Feynberq bu həftə keçirilən görüşlər zamanı Konqres üzvlərinə əlavə vəsait tələbi ilə bağlı məlumat verib.

Mənbələrin bildirdiyinə görə, Konqres yeni büdcə qanun layihəsini qəbul etməzsə, silahlı qüvvələrin bu yay əməliyyatlarını maliyyələşdirmək üçün nəzərdə tutulan vəsait tükənə bilər. Pentaqonun İranla mümkün müharibə və digər əməliyyat xərclərini qarşılamaq üçün əlavə 80 milyard dollarlıq büdcəyə ehtiyacı olduğu qeyd edilir.

Məlumata görə, tələb olunan vəsaitin bir hissəsi dəniz əməliyyatlarına, şəxsi heyətin əməkhaqlarına, eləcə də sursat və digər hərbi təchizatın alınmasına yönəldiləcək.

Mənbələr bildiriblər ki, yaxın günlərdə həm Pentaqonu, həm də kənd təsərrüfatı və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması kimi qeyri-müdafiə sahələrini əhatə edən geniş əlavə büdcə tələbi Konqresə təqdim olunacaq.

Qeyd edilir ki, Pentaqonun əlavə maliyyələşdirmə ilə bağlı hər hansı müraciəti Konqresə göndərilməzdən əvvəl Ağ Evin İdarəetmə və Büdcə Ofisi tərəfindən təsdiqlənməlidir.

Bu arada, Pentaqonun 2026-cı maliyyə ili üçün büdcəsi təxminən 1 trilyon dollar həcmində müəyyən edilib. Lakin qurum bu il müxtəlif hərbi əməliyyatlardan, o cümlədən İranla mümkün qarşıdurma ilə bağlı hazırlıqlardan irəli gələn əlavə xərclərlə üzləşir.

Bundan başqa, Pentaqon may ayının ortalarında İranla mümkün müharibənin dəyərini 29 milyard dollar səviyyəsində qiymətləndirsə də, hazırda bu məbləğin daha yüksək ola biləcəyi bildirilir.

V. Quliyev
 

Reklam