Pentaqonun 2027-ci maliyyə ili üçün büdcə layihəsində Ukraynaya hərbi yardımın maliyyələşdirilməsi nəzərdə tutulmayıb.
Reyting.az xəbər verir ki, bu barədə məlumatı Pentaqonun nümayəndəsi Culs Herst təsdiqləyib.
Herst qeyd edib ki, Pentaqon tezliklə Konqres tərəfindən əvvəllər təsdiqlənmiş Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım paketindən istifadə etməyə başlayacaq.
ABŞ senatoru Miç Makkonnell (Respublikaçı, Kentukki) 29 apreldə "The Washington Post" qəzetində dərc olunmuş məqaləsində yazıb ki, ABŞ Hərbi Departamenti Konqres tərəfindən əvvəllər təsdiq edilmiş 400 milyon dollarlıq hərbi yardım paketinin köçürülməsini təxirə salır. Makkonnellin sözlərinə görə, departament həmçinin Senatın müvafiq komitələrinin müvafiq tələblərini də qulaqardına vurub.
V. Quliyev