Advert
Advert

Pentaqonun şefi sursat istehlakı və ehtiyatı barədə danışıb

Tarix:
Pentaqonun şefi sursat istehlakı və ehtiyatı barədə danışıb
Reklam

Pentaqonun şefi Pit Heqset Senatın Silahlı Qüvvələr Komitəsinin dinləmələrində çıxış edib. 

Reyting.az-ın xarici mediaya istinadla verdiyi məlumata görə, Pit Heqset deyib ki, İrana qarşı əməliyyatlardan sonra ABŞ-ın silah ehtiyatlarının doldurulması texnikanın növündən asılı olaraq bir neçə aydan bir neçə ilə qədər vaxt aparacaq. Onun bu sözləri hərbi əməliyyatların nəticələrinin müzakirəsi zamanı səslənib. 

ABŞ-ın müdaiə naziri Arizonanın senatoru Mark Kellinin qiymətləndirməsini təkrarlayaraq qeyd edib ki, əməliyyatda müasir silahlardan, o cümlədən uzunmüddətli doldurulma tələb edən raketlərdən geniş istifadə edilib.

Eyni zamanda, Heqset hazırda Pentaqonun anbarlarında kifayət qədər ehtiyatın qaldığını vurğulayıb, amma dinləmə mediaya açıq keçirildiyindən təfərrüata varmayıb.

V. Quliyev
 

Reklam