ABŞ-ın "SpaceX" şirkəti orbitdəki peyk sayına görə dünya üzrə çox böyük fərqlə öndədir. Bu, hansı ölkələrin daha çox kosmik peykə sahib olması ilə bağlı 2026-cı ilin infoqrafikasında qeyd edilib.
Reyting.az xəbər verir ki, "AEI Space Data Navigator"un məlumatlarına əsasən, milyarder İlon Maskın şirkətinin aktiv peyklərinin sayı təxminən 10 262-yə çatıb. "SpaceX" bu göstərici ilə ikinci yerdə qərarlaşmış, orbitdə 632 kosmik peyki olan Böyük Britaniyanın "OneWeb" şirkətindən 16 dəfə irəlidədir.
Mütəxəssislərin fikrincə, özəl şirkətlərin bü cür sürətli yüksəlişi kosmik sənayedə balansı dəyişib. Hazırda dövlət qurumları, o cümlədən NASA və hərbi strukturlar ümumilikdə daha az paya malikdirlər.
Məlumata görə, "SpaceX" şirkətinin uzun illərdir üzərində çalışdığı "Starlink" kosmik layihəsi artıq dünyanın ən böyük peyk şəbəkəsinə çevrilib. Bunun nəticəsidir ki, "Starlink" layihəsi hazırda qlobal rabitə, internet və məlumat ötürülməsi sahəsində ən əsas infrastruktur rolunu oynayır.
2026-cı ilin məlumatlarına əsasən, kosmik liderliyə iddia edən Çinin orbitdə təxminən 1 300-dən çox aktiv peyki var. Bəzi mənbələr isə bu rəqəmin 1 020 və ya 1 324 arasında olduğunu bildirirlər.
Onu da qeyd edək ki, "Roscosmos"un bu il üçün verdiyi açıqlamaya görə Rusiyanın orbitdə təxminən 300–364 aktiv peyki var.
Oqtay Qorçu