İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə aparılan danışıqlar və imzalanmış anlaşma memorandumu ilə bağlı açıqlama verib.
Reyting.az xəbər verir ki, Pezeşkian bu barədə sosial media hesabında paylaşım edib.
O, tərəflərin razılaşdırılmış mətndən kənar verdiyi açıqlamaların danışıqlara mənfi təsir göstərə biləcəyini qeyd edib.
Pezeşkian ABŞ ilə aparılan danışıqların yalnız tərəflərin imzalanmış anlaşma memorandumunda nəzərdə tutulan öhdəliklərə əməl etməsi və onun müddəalarının tam şəkildə yerinə yetirilməsi şərtilə effektiv ola biləcəyini vurğulayıb.
Prezident həmçinin bildirib ki, danışıqlar prosesində əldə olunan irəliləyiş tərəflərin üzərinə götürdüyü öhdəliklərin faktiki icrası ilə ölçüləcək.
E. Kamal