Advert
Advert

Pezeşkian: ABŞ-ın təhdidləri çarəsizlik əlamətidir

Tarix:
Pezeşkian: ABŞ-ın təhdidləri çarəsizlik əlamətidir
Reklam

İran Prezidenti Məsud Pezeşkian ABŞ lideri Donald Trampın ölkənin vacib infrastrukturuna hücum təhdidlərinə cavab olaraq bildirib ki, bu cür açıqlamalar Vaşinqtonun gücünü deyil, çarəsizliyini əks etdirir.

Reyting.az xəbər verir ki, Pezeşkian bu barədə sosial media hesabında yazıb.

İran Prezidenti qeyd edib ki, kritik infrastruktur millətin həyat damarıdır:

“Nəqliyyat şəbəkələrindən enerji və su sənayesinə qədər - hədəfə almaqla hədələmək güc nümayişi deyil, millətin iradəsinə qarşı çarəsizliyin əlamətidir".

O, İranın milli birliyə və mütəxəssislərinin imkanlarına güvənərək istənilən təzyiq və təhdid qarşısında möhkəm qalacağını vurğulayıb.

R. Rəcəbov
 

Reklam