Advert
Advert

Pezeşkian: İran təmkin nümayiş etdirir

Tarix:
Pezeşkian: İran təmkin nümayiş etdirir
Reklam

ABŞ-ın Hörmüz boğazını blokadaya alması fonunda İran təmkinliyini qoruyur.

Reyting.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian sosial şəbəkədəki səhifəsində yazıb.

Pezeşkian qeyd edib ki, dünya İranın sülhsevərliyinin şahidi olub.

Prezidentin sözlərinə görə, hazırda dəniz blokadası bəhanəsi ilə baş verənlər İrana qarşı hərbi əməliyyatın davamıdır: "Bu cür ədalətsiz yanaşmanın davam etdirilməsi qəbuledilməzdir".

Xatırladaq ki, 28 fevralda ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb, bir neçə şəhərə hava hücumları təşkil ediblər. Elə həmin gün İranın ali lideri Əli Xamnəi hücumlarda öldürülüb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrində yerləşən Amerika hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri 8 aprel gecəsi atəşkəs razılaşmasına nail olublar. Daha sonra ABŞ Prezidenti Donald Tramp atəşkəsin qeyri-müəyyən müddətə uzadıldığını elan edib.

Atəşkəsə baxmayaraq Pakistanda aparılan danışıqlar nəticəsiz başa çatıb. Tehrana təzyiqi artırmaq üçün ABŞ İran limanlarını və Hörmüz boğazından keçidi bağlayıb. 

V. Quliyev

Reklam