"Bəzi insanlar İranda xaos və iğtişaş yaratmağa çalışır, amma xalq öz ölkəsini və sistemini dəstəkləyəcək".
Bunu İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Omanın xarici işlər naziri Badr əl-Busaidi ilə görüşdə deyib.
Pezeşkian bildirib ki, ABŞ və İsrail regionda müharibə təhlükəsini əbədiləşdirmək, İslam dünyasında birliyin yaranmasının qarşısını almağı planlaşdırır.
Omanın xarici işlər naziri Badr əl-Busaidi qeyd edib ki, İran Oman üçün strateji tərəfdaşdır