İranın iqtisadi problemləri qismən xarici məhdudiyyətlər, qismən də unikal daxili şəraitdən qaynaqlanan təzyiqlərlə bağlıdır.
Reyting.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Nazirlər Kabinetinin iclasında bildirib.
Pezeşkian deyib ki, hökumət ölkənin mövcud çətinlikləri minimal xərc və itkilərlə aradan qaldırması üçün bütün səylərini göstərir. Onun sözlərinə görə, ölkənin sosial kapitalının gücləndirilməsi bu çətinliklərin həlli üçün əsasdır. Bu çətinliklərin öhdəsindən gəlməyin və sabit gələcəyə nail olmağın yolu milli birliyə və İranın inkişafında bütün vətəndaşların iştirakına əsaslanmaqdan keçir.
E. Kamal