Advert
Advert

Pezeşkian ölkədə internetin bərpası qərarı verib

Tarix:
Pezeşkian ölkədə internetin bərpası qərarı verib
Reklam

İran Prezidenti Məsud Pezeşkian ölkədə internet xidmətini bərpa etmək qərarına gəlib.

Reyting.az İran mətbuatına istinadla bildirir ki, bu məqsədlə Rabitə Nazirliyi üçün fərman imzalanıb.

Xatırladaq ki, İranda etirazlar 2025-ci ilin dekabr ayının sonlarında milli valyutanın devalvasiyası səbəbindən başlamış, lakin sonradan iğtişaşlara və hökumətə qarşı etirazlara çevrilmişdir. Bundan sonra ölkə daxilində internet bağlanmışdı. Yanvar ayının ortalarında hakimiyyət orqanları vəziyyəti nəzarət altına aldığını elan etdikdən sonra internet xidməti tədricən bərpa olunmağa başladı. Lakin ABŞ və İsrailin 28 fevralda İrana hücumundan sonra hakimiyyət orqanları yenidən internetə çıxışı məhdudlaşdırdı.

V. Quliyev
 

Reklam