“İran ABŞ ilə memorandum çərçivəsində öhdəliklərini yerinə yetirəcək, lakin Tehran Vaşinqtona etibar etmir”.
Reyting.az xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın mətbuat xidmətindən bildiriblər.
Pezeşkianın adından yayılan açıqlamada qeyd olunur:
"Danışıqlar zamanı iki dəfə hücuma məruz qaldığımız üçün ABŞ-a etibar etmirik. Eyni zamanda, biz həmişə dialoqa və sülhə hazır olmuşuq və hazırıq".
Pezeşkian həmçinin vurğulayıb ki, İran "qanunsuz və qeyri-insani" tələblərə "baş əymək" niyyətində deyil.
"Əgər qarşı tərəf öz öhdəliklərinə əməl edərsə və razılaşdırılmış çərçivədən kənara çıxmazsa, biz də öhdəliklərimizə uyğun hərəkət edəcəyik", - deyə respublika rəhbəri əlavə edib.
Y. Qacar