Aprelin 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 pulemyot, 3 qumbara, 12 tüfəng, 11 patron darağı və 459 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Reyting.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd olunur ki, DİN əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirirlər.