Advert
Advert

Polşa polisi belaruslunun avtomobilinə atəş açıb

Tarix:
Polşa polisi belaruslunun avtomobilinə atəş açıb
Reklam

Polşa polisi Belarus vətəndaşının avtomobilinə atəş açıb. Buna səbəb onun nəqliyyat vasitəsini polis əməkdaşının üstünə sürməsidir. 

Reyting.az xarici KİV-ə istinadla xəbər verir ki, Polşa hüquq-mühafizə orqanlarının məlumatına görə, kişi sürücü avtomobilini polis əməkdaşının üstünə çıxarıb.

Bildirilir ki, hadisə təxminən on gün əvvəl baş verib. Polis dayanacaqda saxlanılan iki şübhəli avtomobili yoxlamaq istəyib. Onları görən sürücülər sürətlə qaçıblar, onlardan biri ayağından xəsarət alan polis əməkdaşını vurub. Zabitlər sonda xidməti silahlarından istifadə etməyə məcbur olublar.

V. Quliyev
 

Reklam