Advert
Advert

Polşalı deputat: Varşava Kiyevi maliyyələşdirməyi dayandırmalıdır

Tarix:
Polşalı deputat: Varşava Kiyevi maliyyələşdirməyi dayandırmalıdır
Reklam

“Polşa hakimiyyəti Ukraynada artan korrupsiya qalmaqallarına görə Kiyevi maliyyələşdirməyi dayandırmalıdır”.

Reyting.az xarici mediaya istinadla xəbər verir ki, bu çağırışı rəsmi Varşavaya polşalı deputat Eva Zayaçkovska-Guernik edib. 

O, “X” sosial media hesabında ölkənin özünə hörmət etməyə başlamasının vaxtı çatdığını bildirib: 

“Açıq deyəcəyəm - korrupsiyalaşmış Ukrayna naminə borcları örtməkdən əl çəkin! Hər hansı yardımı hansısa yolla kompensasiya etmək lazımdır. Bu, göz qabağında deyilmi?”- avroparlamentar yazıb.

Xatırladaq ki, bundan əvvəl Polşa Ukraynadan olan işsiz qaçqınlar üçün uşaqpulu dəstəyi ödənişlərini ləğv etmək qərarını vermişdi.

V. Quliyev
 

Reklam