Polşanın Kielce şəhər şurasının üzvləri Ukraynanın Vinnitsa şəhərinin rəhbərliyindən və sakinlərindən Stepan Bandera küçəsinin adının dəyişdirilməsini tələb edən qətnamə hazırlayıblar.
Reyting.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu tələb mühafizəkar Hüquq və Ədalət Partiyasının üzvləri tərəfindən irəli sürülüb.
Onlar bəyanatlarında Vinnitsa rəhbərliyini və sakinlərini şəhərlər və ölkələr arasında mövcud olan uzunmüddətli əlaqələri qorumaq və daha da inkişaf etdirmək naminə küçənin adını dəyişdirməyə çağırıblar.
Qətnamədə bildirilir ki, həmin küçəyə 2022-ci ildə səhvən Stepan Banderanın adı verilib.
V. Quliyev