Advert
Advert

"Porsche" və "Bugatti" əməkdaşlığı dayandırıb 

Tarix:
Reklam

"Porsche" avtomobil şirkəti "Bugatti Rimac" ilə bağladığı müqavilə əsasında sahibi olduğu 45 faiz payını satmaqla, bu layihədən çıxmaq qərarı verib. Bundan sonra bütün nəzarət "Rimac Group" və onun rəhbəri Met Rimatsa keçəcək. 

Reyting.az-ın məlumatına görə, sövdələşmənin dəyəri təxminən 1 milyard dollardan çox olsa da, tərəflər məbləğlə bağlı mətbuata heç bir açıqlama verməyiblər. 

Qeyd edək ki, "Bugatti Rimac" 2021-ci ildə yaradılıb və ilk razılaşmaya əsasən "Porsche"yə düşən pay 45 faiz, nəzarət paketi isə "Rimac" şirkətinə məxsus olub. Eyni zamanda dünyaca məşhur hər iki avtomobil şirkətinin tərəfdaşlığının təməlində əsasən "Bugatti"nin təcrübəsini "Porsche" üzərindən "Rimac"ın ən müasir elektrik texnologiyaları ilə birləşdirmək idi. 

Lakin modelin satışı ilə bağlı şirkətin qəbul etdiyi qərar gözlənilməz nəticələr verib və "Porsche" avtomobilinin mənfəəti azalıb. Eyni zamanda elektromobillərə keçidlə bağlı xərclərin artması, əsas bazarlarda, o cümlədən Çində də bu sahədə tələbin çox zəifləməsi fonunda "Porsche" brendi çətin duruma düşüb. 

"Porsche" avtomobil şirkəti bundan sonra öz aktivlərini optimallaşdırmaqla yanaşı, həm də dünya maşın bazarında güclü rəqabətə hazırlaşmaqla, əsas biznesə fokuslanacağını bildirib.

Oqtay Qorçu
 

Reklam