Advert
Advert

Prezident Aparatının keçmiş rəhbəri korrupsiyada ittiham olunur

Tarix:
Prezident Aparatının keçmiş rəhbəri korrupsiyada ittiham olunur
Reklam

Ukrayna Prezident Aparatının keçmiş rəhbəri Andriy Yermak 460 milyon qrivnanın (8,8 milyon avrodan çox) yuyulmasında şübhəli bilinir.

Reyting.az xarici KİV-lərə istinadla xəbər verir ki, A. Yermakı “elit tikinti” layihələri vasitəsilə çirkli pulların yuyulmasında ittiham edirlər.

Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusi Antikorrupsiya Prokurorluğu (SAP) Kiyev yaxınlığında həyata keçirilən dəbdəbəli tikinti layihələrində “460 milyon qrivnanın yuyulmasında iştirak edən” mütəşəkkil qrupun aşkar edildiyini açıqlayıb. Qrup üzvlərindən birinin Ukrayna Prezident Aparatının keçmiş rəhbəri Andriy Yermak olduğu müəyyən edilib.

Ona qarşı Ukrayna Cinayət Məcəlləsinin 209-cu maddəsinin 3-cü hissəsi - cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması (yuyulması) maddəsi ilə şübhə elan olunub.

A. Yermak 2020-ci ilin fevral ayından Prezident Aparatına rəhbərlik edib. O, Ukrayna Prezidenti V. Zelenskinin əsas müttəfiqlərindən və ölkənin ən nüfuzlu şəxslərindən biri hesab olunurdu.

2025-ci ilin noyabr ayının sonunda Yermak, Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə Bürosunun ona qarşı başladığı istintaq fonunda istefa verib.

V. Quliyev

Reklam