Prezident İlham Əliyev bu gün sərəncam imzalayıb.
Reyting.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə və elmin inkişafında xidmətlərinə görə Asəf Hacı oğlu Hacıyev "Şöhrət" ordeni ilə təltif edilib.
Xatırladaq ki, mayın 29-da A.Hacıyevin 75 yaşı tamam olur. O, Milli Məclisin I, II və III çağırışının deputatı olub. Hazırda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş katibidir.