İran Prezidenti Məsud Pezeşkian, bu yaxınlarda ölkənin Ali Rəhbəri Müctəba Xamnəi ilə görüşüb. Görüşdə milli və dövlət idarəçiliyi ilə bağlı məsələlərin müzakirə edildiyi bildirilir.
Reyting.az xəbər verir ki, bu barədə İranın dövlət mediası məlumat yayıb.
“İran Prezidenti Məsud Pezeşkian bu yaxınlarda İranın Ali Rəhbəri Müctəba Xamnəi ilə görüşüb. Görüş təvazökar və son dərəcə səmimi bir atmosferdə keçib. Pezeşkian görüşdə milli məsələlər və dövlət idarəçiliyi ilə bağlı vacib məsələlərin müzakirə olunduğunu bildirdi; lakin o, görüşün ətraflı gündəliyi və ya əldə edilə biləcək hər hansı qərarlar barədə məlumat vermədi. Görüşü “yüksək səviyyəli, əhəmiyyətli bir əlaqə” kimi xarakterizə edən Pezeşkian, dövlət işləri ilə bağlı koordinasiyanın davam etdiyini bildirdi”,- İran mediası qeyd edib.
Məlumat üçün xatırladaq ki, daha əvvəl, M. Xamnəinin İran və İsrail arasındakı gərginlik fonunda həyata keçirilən hücumlar zamanı yaralandığına dair xəbərlər yayılmışdı.
V. Quliyev