Advert
Advert

Professor: Trampa sui-qəsd cəhdi Amerika xalqının narazılığının ifadəsidir

Tarix:
Professor: Trampa sui-qəsd cəhdi Amerika xalqının narazılığının ifadəsidir
Reklam

“ABŞ-da Prezident Donald Trampa qarşı sui-qəsd cəhdləri olur. Üstəlik, ölkəsində Donald Trampın reytinqi 23 faizə düşüb. Bu, olduqca aşağı göstərici hesab edilir və Trampın nöqteyi-nəzərincə uyğun vəziyyət deyil. Yəni bu, ABŞ tarixində nadir hallardan biridir. Amerikada Trampın istefaya getməsini istəyənlərin də sayı artır”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında professor Qabil Hüseynli deyib.

Q. Hüseynli xatırladıb ki, bu həftə ABŞ-da D. Trampın iştirak etdiyi tədbirə bir şəxs daxil olmağa cəhd edib. Hətta bu məqsədlə odlu silahdan istifadə edərək bir təhlükəsizlik xidməti əməkdaşını yaralayıb.

“Həmin şəxsin məqsədi Prezident Trampa yaxınlaşmaq olub. Lakin təhlükəsizlik xidmətinin birinci kordonunu keçməyə cəhd edərkən zərərsizləşdirilib. Saxlanılan şəxsin üzərindən tüfəng və bıçaq götürülüb. Məncə, bu hadisə daha çox Amerika xalqının Trampa qarşı qəzəbinin ifadəsidir. Qeyd etdiyim kimi, hazırda ona qarşı etimad aşağı səviyyədədir. Bunun başqa ölkələrlə əlaqəsi yoxdur və sırf bir şəxsin özfəaliyyətidir”.

Professor qeyd edib ki, bu sui-qəsd cəhdinin İranla heç bir əlaqəsi yoxdur. Onun sözlərinə görə, Tramp özü də bu hadisəni İranla əlaqələndirməyib.

Q. Hüseynli hesab edir ki, əgər sui-qəsd cəhdini İran planlaşdırmış olsaydı, proses daha yüksək səviyyədə təşkil edilər, hətta bir deyil, daha çox şəxs bu işə cəlb olunardı: “Hazırkı halda Trampın olduğu zala daxil olmağa cəhd edən silahlı şəxsə daha çox Amerika xalqının qəzəbinin ifadəçisi kimi baxmaq olar. Lakin o da faktdır ki, Trampa qarşı buna bənzər sui-qəsd halları bir neçə dəfə baş verib”.

Nemət Orucov
Reyting.az
 

Reklam