Advert
Advert

PSJ "Real"ın yarımmüdafiəçisini heyətinə qatmaq istəyir

Tarix:
PSJ
Reklam

PSJ yay "transfer pəncərəsi"ndə "Real"ın yarımmüdafiəçisi Eduardo Kamavinqanı heyətinə qatmaq istəyir.

Reyting.az xəbər verir ki, bu barədə məlumatı "Touchline" paylaşıb.

Fransa klubu mövsüm bitdikdən sonra yarımmüdafiəçini transfer etməyi düşünür. Daha əvvəl Kamavinqanın Londonun "Arsenal" klubuna təklif olunduğu bildirilmişdi.

Qeyd edək ki, bu mövsüm Kamavinqa bütün yarışlarda 33 oyunda meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 50 milyon avrodur.(Matc.az)
 

Reklam