Rusiya Prezidenti Vladimir Putinin Çinə rəsmi səfəri öncəsi videomüraciəti yayılıb.
Reyting.az-ın məlumatına görə, Putin müraciətində vurğulayıb ki, Rusiya və Çin gələcəyə inamla baxır, siyasət, iqtisadiyyat və müdafiə sahələrində əlaqələri fəal şəkildə inkişaf etdirir, humanitar mübadilələri genişləndirir və insanlar arasında əlaqələri təşviq edir.
“Başqa sözlə, biz ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi və ölkələrimizin hərtərəfli inkişafı üçün birgə çalışırıq. Bu məsələlər Pekində qarşıdakı danışıqların gündəmində olacaq”, - Kremlin sahibi vurğulayıb.
Prezident bəyan edib ki, Rusiya-Çin münasibətləri görünməmiş səviyyəyə çatıb və bu dostluq heç kimə qarşı deyil.
E. Kamal