Rusiyada aparılan yeni sorğular Prezident Vladimir Putinin reytinqinin aşağı düşdüyünü göstərir.
Reyting.az xəbər verir ki, "İctimai Rəy" Fondunun təqdim etdiyi son məlumatlara görə, Rusiya liderinin ümumi fəaliyyətini "yaxşı" qiymətləndirən respondentlərin sayı 73 faizı düşüb.
"Levada" mərkəzinin 2026-cı ilin aprelində apardığı sorğunun nəticələrinə görə, bu il vəziyyət dəyişib. Eyni zamanda, V. Putinin fəaliyyətinə dəstək 79 faiz olsa da, son ayların göstəriciləri tədricən azalmağa doğru gedir.
"Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi" isə son yeddi həftə ərzində çox kəskin şəkildə reytinqdə enişin müşahidə olunduğunu bildirib. Mərkəzin ekspertləri vurğulayıblar ki, artıq rusiyalıların 24,1 faizi Putinə etibar etmir. Respondentlərin 23,3 faizi isə ümumiyyətlə onun fəaliyyətini bəyənmir.
Məlumata görə, Putinin ölkədə reytinqinin azalması həm də internet məhdudiyyətləri, qiymət artımı və müharibədən yorulmuş toplumun əhval-ruhiyyəsi ilə bağlıdır.
Oqtay Qorçu