Rusiya Ukraynada münaqişəni sülh yolu ilə həll etməyə və Ankoric sazişi əsasında kompromisə getməyə hazırdır.
Reyting.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşündə onların suallarını cavablandırarkən danışıb.
Rusiya liderinin sözlərinə görə, rəsmi Moskva münaqişəni sülh yolu ilə həll etməyə və bu sazişlərdə nəzərdə tutulan kompromisləri qəbul etməyə hazırdır. Bununla belə, Putin vurğulayıb ki, nəticə əldə etmək üçün Ukrayna tərəfinin razılığı lazımdır.
V. Putin onu da qeyd edib ki, “sövdələşmə etmək” niyyəti və Donetsk vilayətinin bütün ərazisi üzərində nəzarətin yaradılması planları bir-birinə zidd deyil.
Y. Qacar