Advert
Advert

Putini qiyamla hədələyən hərbçi həbs olunub 

Tarix:
Putini qiyamla hədələyən hərbçi həbs olunub 
Reklam

Bir müddət əvvəl videomüraciət vasitəsilə Rusiya Prezidenti Vladimir Putini hərbi üsyanla hədələyən hərbçi Aleksandr Lunin saxlanılıb. O, ekstremist çağırışlar, eləcə də nasist simvolları nümayiş etdirməkdə ittiham olunur. 

Reyting.az "Verstka" nəşrinə istinadla xəbər verir ki, Voronej vilayətinin Rossoş Rayon Məhkəməsi Lunini inzibati qaydada 11 sutkalıq həbs cəzasına məhkum edib. 

A. Luninlə bağlı həbs qərarının verildiyi təsdiqlənsə də, işin təfərrüatları ictimaiyyətə açıqlanmayıb.

Xatırladaq ki, Lunin bundan əvvəl də sosial şəbəkələrdə Rusiya Prezidentinə çoxsaylı müraciətlər etmişdi. Bildirmişdi ki, Putinlə canlı efirdə görüşə icazə verilməyəcəyi təqdirdə ölkədə hərbi qiyam olacaq. Həmin videomüraciət qısa müddətdə 10 milyondan çox baxış toplamışdı.

Bundan bir neçə gün sonra Luninin evində axtarış aparıldığı, daha sonra saxlanıldığı bildirilib. Hadisə ilə bağlı qısa açıqlama verən Kremlin sözçüsü isə müraciətdəki ifadələri "kifayət qədər qəribə" adlandırıb.

Oqtay Qorçu
 

Reklam