Qəbələ stansiyasından 11 km cənub-qərbdə Qəbələ rayonunda zəlzələ qeydə alınıb.
Reyting.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan bildiriblər.
Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 5-3 bala qədər hiss olunub.
Qeyd edilib ki, 5,1 maqnitudalı yeraltı təkan yerli vaxtla 15:13-də, 42 km dərinlikdə baş verib.