Advert
Advert

“Qarabağ”ın sabiq futbolçusu dünyasını dəyişib

Tarix:
“Qarabağ”ın sabiq futbolçusu dünyasını dəyişib
Reklam

“Qarabağ”ın sabiq futbolçusu Jaba Dvali 41 yaşında vəfat edib.

Reyting.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı yazıb. 

Veteran hücumçunun ürək tutmasından dünyasını dəyişdiyi bildirilir.

2014-cü ildə icarə əsasənda Ağdam klubunda çıxış edən gürcü futbolçu 5 oyunda meydana çıxıb. O, karyerası ərzində Tbilisi “Dinamo”su, “Zestafoni”, “Daçiya” (Moldova), “Sioni” kimi klubların formasını geyinib.

Mərhum futbolçu Gürcüstan millisində 1 oyun keçirib.(QOL.az)
 

Reklam