Advert
Advert

"Qarabağ" klubu baş məşqçi ilə bağlı qərarını verib

Tarix:
Reklam

“Qarabağ” Futbol Klubunun baş məşqçisi Qurban Qurbanovun komandadan ayrılacağı ilə bağlı son vaxtlar yayılan söz-söhbətlərə aydınlıq gətirilib.

Reyting.az-ın Sportinfo.az-a istinadən verdiyi məlumata görə, adı Türkiyənin “Beşiktaş” klubu da daxil olmaqla, bir sıra Türkiyə, Rusiya və Avropa komandaları ilə hallanan baş məşqçinin gələcəyi ilə bağlı mühüm qərar qəbul edilib.

Bildirilib ki, təcrübəli mütəxəssis qarşıdakı üç ili də Ağdam təmsilçisində keçirəcək.

2008-ci ildən "köhlən atlar"a rəhbərlik edən Qurban Qurbanov klubla müqaviləsini 2029-cu ilədək uzadıb. Yeni anlaşmaya əsasən, onun əməkhaqqı da artırılıb.

Xatırladaq ki, Qurban Qurbanov rəhbərliyi altında "Qarabağ" 13 dəfə Azərbaycan çempionu olub, 6 dəfə ölkə kubokunu qazanıb.

Komanda bu mövsüm ikinci dəfə UEFA Çempionlar Liqasında iştirak hüququ əldə edib və pley-off mərhələsinədək irəliləyib.
 

Reklam