“Qarabağ" klubu kolumbiyalı mərkəz müdafiəçisi Kevin Medina ilə yollarını ayırdığını elan edib.
Reyting.az xəbər verir ki, bu barədə məlumat Ağdam təmsilçisinin rəsmi sosial şəbəkə hesablarında paylaşılıb.
Klubun yaydığı vida mesajında "Təşəkkürlər, Kevin. Hər şey üçün təşəkkür edirik",-ifadələrinə yer verilib.
Qeyd edək ki, "Qarabağ"dan ayrılan 33 yaşlı təcrübəli futbolçunun karyerasını Malayziyada davam etdirəcəyi gözlənilir. Onun bu ölkənin iddialı klublarından olan "Johor" komandasına keçəcəyi bildirilir.