Qazaxıstanın Qaraqanda şəhəri 2028-ci ildə MDB Gənclər Paytaxtı olacaq.
Reyting.az “Sputnik Kazaxstan”-a istinadla xəbər verir ki, bu barədə qərar Aşqabadda MDB Hökumət Başçıları Şurasının iclasında qəbul edilib.
MDB İcraiyyə Komitəsi Qaraqandanın gənclərin beynəlxalq əməkdaşlığı və mədəniyyətlərarası layihələri inkişaf etdirmək potensialına malik olduğunu qeyd edib.
Qeyd edək ki, “MDB Gənclər Paytaxtı” layihəsinə Birlik ölkələrində forumlar və gənclərin tədbirləri daxildir. 2024-cü ildə proqramın ilk şəhəri Daşkənd olub.
V. Quliyev