Advert
Advert

Qazaxıstan milli valyutasının adını dəyişdirir

Tarix:
 Qazaxıstan milli valyutasının adını dəyişdirir
Reklam

Qazaxıstan Respublikasında iyulun 1-dən milli valyutanın rusdilli yazılışı dəyişəcək. Yeni qaydalara əsasən, bundan sonra bütün rəsmi sənədlərdə "tenge" əvəzinə "tenqe" yazılacaq. 

Reyting.az Qazaxıstan mətbuatına istinadla bildirir ki, bu dəyişiklik yalnız yazılışa aid ediləcək və valyutanın özü, dəyəri, həmçinin bank sistemi dəyişməyəcək. 

Yeni qərarda denominasiya və yaxud da pul mübadiləsi nəzərdə tutulmur.

Qazaxıstan rəsmiləri izah ediblər ki, mövcud iqtidar bu addımı pul islahatı hesab etmir, çünki valyutanın adı, dəyəri, bank sisteminin fəaliyyəti, həmçinin pul nişanları əvvəllər olduğu kimi dəyişməz qalacaq. 

Qeyd olunur ki, əhalinin təlaşlanmasına ehtiyac yoxdur. Denominasiya olmayacağı, eyni zamanda əhalinin pullarını dəyişməsi ilə bağlı tələbin şayiələr olduğu bildirilib. 

1 iyul tarixindən icrası başlanılacaq bu yeni qərardan sonra Qazaxıstan Respublikasının rəsmi qurumları bütün sənədlərdə əvvəllər olduğu kimi "tenge" deyil, "tenqe" (теңге) yazılışından istifadə etməli olacaqlar.

Oqtay Qorçu
 

Reklam