Qazaxıstan Respublikası Mərkəzi Asiyada ilk dəfə süni yağış texnologiyalarının praktiki tətbiqinə başlayıb. Bu layihənin rəsmi açılış mərasimi 2026-cı ilin 16 mayında ölkənin Türküstan şəhərində keçirilib.
Reyting.az Qazaxıstan mətbuatına istinadla bildirir ki, 17-18 may tarixlərindən yeni layihə praktiki baxımdan, bütün potensialı ilə tammiqyaslı şəkildə işə salınıb və ölkə ərazisində süni yağıntının artırılması işlərinə başlanılıb.
Yerli mütəxəssislər bildiriblər ki, Qazaxıstan dövləti tərəfindən həyata keçirilmiş bu layihə əsasən su anbarlarının su ehtiyatını artırmaq, ölkənin cənub bölgəsindəki kənd təsərrüfatı ərazilərini tamamilə su ilə təmin etmək məqsədi daşıyır.
Oqtay Qorçu