İtaliyanın şimalında qeyri-adi nəqliyyat sistemi olan “RailEvo” sınaqdan keçirilir. O, dəmir yolu istismarı konsepsiyasını kökündən dəyişməyə qadir yeni layihədir.
Reyting.az xarici mediaya istinadla xəbər verir ki, “dəmir yolu taksisi” adlandırılan bu sistem ənənəvi mənada qatar deyil, lakin elektomobil də deyil. Bu, mövcud dəmir yolu infrastrukturundan tamamilə yeni şəkildə istifadə edən kompakt, avtonom kapsuldur.
“RailEvo” sisteminin əsas fərqləndirici xüsusiyyəti onun sürəti və ya cəlbedici görünüşü deyil, işləmə prinsipidir. Ənənəvi qatarlardan fərqli olaraq, sistem yüzlərlə sərnişinin kütləvi daşınması üçün deyil, dörd-altı nəfərlik kiçik qruplarda fərdi gəzintilər üçün nəzərdə tutulub.
V. Quliyev