Advert
Advert

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasında təmsil olunacaq

Tarix:
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasında təmsil olunacaq
Reklam

Qırğızıstan ilk dəfə Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.

Reyting.az xəbər verir ki, Baş Assambleyada keçirilən səsvermədə Qırğızıstan Təhlükəsizlik Şurasındakı yer uğrunda Filippinlə mübarizə aparıb. Dörd tur səsvermədən sonra Qırğızıstan Baş Assambleya üzvlərinin tələb olunan üçdə iki səs çoxluğunu əldə edib. Son turda 142 ölkə Qırğızıstanın lehinə səs verib.

Qeyd edək ki, 2027-ci il yanvarın 1-dən etibarən Avstriya, Zimbabve, Portuqaliya, Trinidad və Tobaqo da BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv kimi qoşulacaq.

Bu ölkələr səlahiyyət müddəti 2026-cı il dekabrın 31-də başa çatan Yunanıstan, Danimarka, Pakistan, Panama və Somalini əvəz edəcəklər.

Y. Qacar
 

Reklam